İranlı rejissor: “Azərbaycan filmləri İran filmləri ilə yaxınlaşmalı və insani mövzular üzərində daha çox işlənilməlidir” - AÇIQLAMA
"Azərbaycan filmləri İran filmləri ilə yaxınlaşmalı və insani mövzular üzərində daha çox işlənilməlidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanda keçirilən İran mədəniyyəti günləri çərçivəsndə nümayiş olunan "8-ci səma" filminin rejissoru Hüseyn Nəcəfi bildirib.
O öz növbəsində Azərbaycan filmlərini çox sevdiyini və bu sahənin ölkəmizdə inkişaf etdiyini vurğulayıb: "İranda televiziya verilişlərinin birində 26 azərbaycanlı gənc rejissorların filmlərini nümayiş etdirib onların qısa filmlərini tanıtdırmışam. Hətta həmin filmlər bir müddətdən sonra İran televiziyasında davamlı şəkildə nümayiş etdiriləcək".
"Baxmayaraq Azərbaycanda kino sahəsi inkişaf edir, ancaq yenə də burada yeni filmlər görməyi daha çox istəyərəm. Hesab edirəm ki, Azərbaycan filmləri İran filmləri ilə yaxınlaşmalı və insani mövzular üzərində daha çox işlənilməlidir. İndiki dövrdə artıq Hollivud filmlərinə maraq demək olar ki, azdır",- deyə iranlı rejissor əlavə edib.
Azərbaycanla İran filmlərinin müqayisəsinə gəlincə iranlı rejissor bildirib ki, Azərbaycan bu sahədə hələ yeni- yeni inkişaf edir: "Bu sahənin sonrakı inkişafına isə inamım böyükdür. Bu sahədə hər hansı köməkliyə ehtiyac varsa əlimizdən gələni etməyə hazırıq".
H.Nəcəfi əgər Azərbaycandan təklif gələrsə böyük məmnuniyyətlə qəbul edərəm deyərək ölkəmizə tez- tez səfər etdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB