Ukrayna baletinin ulduzu Bakıda çıxış edəcək-FOTO

Ukrayna baletinin ulduzu Bakıda çıxış edəcək-FOTO

Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A.Adanın "Jizel" baletinin tamaşası keçiriləcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib. Məlumata görə, tamaşada Jizel partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının məşhur prima-balerinası, Ukraynanın Xalq artisti, balet artistlərinin bir çox beynəlxalq müsabiqələrinin laureatı, Maya Plisetskayanın sevimlisi Yelena Filipyeva dəvət olunub.

Oktyabrın 22-də Y.Filipyevanın Azərbaycan Opera və Balet Teatrının səhnəsində tərəf-müqabili Ukraynanın Əməkdar Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Ukrayna Opera və Balet Teatrının premyeri Sergey Sidorski olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə