Əbülfəs Qarayev fəxri adlara layiq görülənlərə mükafatlaırını təqdim etdi - FOTOSESSİYA
Nazir fəxri adlara layiq görülən sənət adamlarını təbrik edib, onların bu yüksək diqqətə layiq olduqlarını vurğulayıb: "Bu fəxri medalların verilməsi, eləcə də mədəniyyət sahəsində gözlə görünən inkişaf dövlət başçısının diqqətinin nəticəsidir. Azərbaycanda hər bayram yaradıcı insanların yaddaşına həkk olunur. Çünki dövlət başçısı bu bayramların, əlamətdar günlərin heç birini unutmur. Bu gün təqdim olunan bu mükafatların hər biri layiqlidir və başqa sözə ehtiyac yoxdur. Fəxri adlara layiq görülən yaradıcı insanların hər biri tanınır, Azərbaycan mədəniyyətinin təbliği, inkişafı yolunda lazımi addımlar atırlar".
Nazir Ə.Qarayev ilk əvvəl Xuraman Qasımovaya "Şərəf" ordeni təqdim edib. Xuraman Qasımova bu ada layiq görüldüyü üçün çox xoşbəxt olduğunu deyib: "Azərbaycan xalqı qarşısında baş əyirəm. Sənətimə, əməyimə verilən yüksək qiymətdən çox xoşbəxtəm. Valideynlərimə mənə doğru yol göstərdikləri üçün, bacım Fidan Qasımovaya mənə dəstək olduğu üçün minnətdaram".
Qeyd edək ki, 1 \"Şərəf\" ordeni (Xuraman Qasımova), 2 \"Xalq artisti\" fəxri adı (Səməd Səmədov və Zabit Nəbizadə), 7 \"Əməkdar incəsənət xadimi\", 30 \"Əməkdar artist\", 1 \"Əməkdar rəssam\", 13 \"Əməkdar mədəniyyət işçisi\" və 5 \"Dövlət qulluğunda fərqlənməyə görə\" mükafatları öz sahiblərinə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB