Xalq rəssamı “İnternational Socrates Award Ceremony” mükafatına layiq görülüb

Xalq rəssamı “İnternational Socrates Award Ceremony” mükafatına layiq görülüb
Dekabrın 12-də Böyük Britaniyanın Oksford şəhərində keçiriləcək Oksford Liderlar Sammiti çərçivəsində "İnternational Socrates Award Ceremony" mükafatının təqdimat mərasimi olacaq.


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından SİA-ya bildiriblər ki, həmin gün təqdim ediləcək "İnternational Socrates Award Ceremony" mükafatının laureatları arasında bu akademiyanın rektoru, akademik Ömər Eldarov da olacaq.


Akademik Ömər Eldarov bu mükafata Beynəlxalq Sokrat Komitəsinin qərarı ilə elmi fəaliyyət və texnologiya sahəsində uğurlarına görə layiq görülüb.


Bundan əlavə, Oksford Liderlar Sammiti çərçivəsində akademik Ömər Eldarovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına beynəlxalq elmi, işgüzar və mədəni tərəfdaşlığın möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Avropanın ən nüfuzlu mükafatı olan "UNİTED EUROPE AWARD" orden nişanı təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə