Bakıda İran filmləri nümayiş olunacaq

Bakıda İran filmləri nümayiş olunacaq

İran Mədəniyyət Günləri çərçivəsində Muzey Mərkəzində İİR filmlərinin nümayişi keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, oktyabrın 4-də və 5-də olacaq proqrama 4 film daxil edilib:

4 oktyabrda- "Günəş diyarı", "Ağlayan söyüd", 5 oktyabrda isə "8-ci səma", "Həzrət Süleyman səltənəti" filmləri nümayiş olunacaq.

Qeyd edək ki, filmlərə baxışlar saat 15.30-da başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə