“20 ilin ədəbi mənzərəsi” adlı “dəyirmi masa keçirilib - FOTO
Bu gün Heydər Əliyev adına Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq kitab sərgi–yarmarkası çərçivəsində "20 ilin ədəbi mənzərəsi" adlı "dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə Azərbaycan ədəbiyyatının mövcud vəziyyətindən və müasir ədəbiyyatımızın qarşısında duran əsas vəzifələrdən söz açıb.
O həm də vurğulayıb ki, son illər yeni ədəbi nümunələrin yaranması istiqamətində xeyli işlər görülür: \"Tarixi problemlər həll olunduqdan sonra baş verənləri yazmaq doğru deyil. Ədəbiyyat o zaman güclü olur ki, baş verənləri və ya verəcəkləri əvvəlcədən ədəbiyyata gətirirsən. Bunu isə hər yazar özünəməxsus formada etməlidir\".
Tədbirdə digər çıxış edənlər də ədəbiyyatımızın müxtəlif janrlarının inkişaf istiqamətləri ilə bağlı öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, sərgi- yarmarkası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB