"Hilton" otelinin inşaatı ilə bağlı son məlumatlarla maraqlanmışam. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Onun sözlərinə görə, yeni müasir və çox dəyərli bir mehmanxana olacaq. Hilton otelinin açılışı oktyabrın I həftəsində nəzərdə tutulur.
Nazir qeyd edib ki, Bakıda inşa olunan məşhur "Fairmont" hotelinin də tikintisi çox sürətlə aparılır: "Biz ilin sonuna qədər üç hotelin açılışını təşkil edəcəyik. "Fairmont" hotelinin 2012-ci ilin fevral-mart ayı üçün açılmasında heç bir problem görmürəm. Bu hotellər açıldığı gündən fəaliyyətə başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB