Bakıda Avstriya Müasir İncəsənəti Sərgisi keçirilib- FOTOSESSİYA

Bakıda Avstriya Müasir İncəsənəti Sərgisi keçirilib- FOTOSESSİYA

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Avstriyada yaşayıb yaradan rəssamların sərgisi təşkil edilib. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə həyata keçirilib.


Müasir Avstriya İncəsənəti sərgisi İsrail, Xorvatiya, Çernoqoriya, Kipr, Macarıstan, Türkiyə, Çin, Lixtenşteyn, Avstriya, Belçika, Litva və həmçinin Azərbaycanda sənət sevərlərə təqdim olunub.


İlk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Avstriyanın "In Between" adlı müasir incəsənət sərgisi Avstriyada yaşayıb yaradan çoxsaylı rəssamların yüksək istedadı və böyük bədii potensialı haqda geniş təsəvvür yaradır: \"Sərgidə milli kolleksiyada mövcud olan müasir incəsənətin kiçik bir hissəsi təqdim olunub. Nümayiş edilən hər bir eksponat Avstriya hakimiyyəti tərəfindən rəssama kömək məqsədilə əldə edilib\".


Nazir onu da qeyd edib ki, Avstriya hökuməti kütləvi və təsviri incəsənəti, musiqi və ədəbiyyatı, filmləri, yeni media, foto, memarlıq və dizaynı özündə birləşdirən müasir incəsənətin inkişafına yönəlmiş federativ proqramların geniş spektrına malikdir. Bu gün bu kolleksiya, həm kəmiyyət, həm də keyfiyyət baxımından, həmçinin müasir incəsənətdə mövcud olan cərəyanların sintezinin nəticələrini nümayiş etdirən Avstriyanın bədii gücünün mükəmməl bir bazasının varlığı haqda müqayisə olunmayacaq sənəd kimi göstərilə bilər\".


Daha sonra çıxış edən xalq rəssam Ömər Eldarov vurğulayıb ki, bu sənət növü öz simasına malik, tənqidi, meydan oxuyan, yenilikçi və açıqdır: \"Bu sahədə çalışan rəssamlar öz bacarıqlarını film, video, rəsm, rəngkarlıq, installyasiya və performans kimi müxtəlif növlü media istiqamətlərində də tətbiq edirlər. Onlar incəsənət və populyar mədəniyyət, incəsənət və gündəlik həyat arasındakı sərhədləri kəsişdirib, harada yaşamaqlarından asılı olmayaraq dünyəvi proseslərdə baş verən dünyəvi oyunların iştirakçılarıdırlar\".


Sərgi İsraildə keçirilən ilk təqdimatından sonra, Xorvatiya, Çernoqoriya, Kipr, Macarıstan, Türkiyə, Linxtenşteyn, Avstriya, Belçika və Litva kimi ölkələrdə keçirilib.


Sərgidə 36 rəssamın 40-dan çox əsəri nümayiş olunub. Sərginin kuratoru: Karin Zimmerdir. Sərgi 28 sentyabrdan 4 oktyabradək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə