Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında MDB ölkələrinin aparıcı balet ustalarının – ulduzların iştirakı ilə Qala-konsert keçiriləcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.
Konsert MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Rusiyanın "Sodrujestvo" Dövlət konsert birliyinin, MDB ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə təşkil olunacaq.
Qala-konsert Müstəqil Dövlətlər Birliyinin yaranmasının 20-ci ildönümünə həsr olunur. Moskva, Sankt-Peterburq, Kiyev, Minsk, Almatı opera və balet teattrlarının aparıcı solistləri ilə yanaşı konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının artistləri də çıxış edəcək.
Balet artistlərinin bir sıra Beynəlxalq müsabiqələrinin qalibləri olan klassik balet ulduzlarının Bakıya gəlişi həm teatrın, həm də respublikamızın mədəni həyatında heç şübhəsiz ki, çox önəmli bir hadisə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB