Nigar Camalın siması rəsmi şəkildə sığortalandı- FOTOSESSİYA

Nigar Camalın siması rəsmi şəkildə sığortalandı- FOTOSESSİYA

Bu gün "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal, prodüsseri İsa Məlikov "Atəşgah" sığorta şirkətinin əməkdaşı Əkbər Mədətli ilə birlikdə mətbuat konfransı keçirib.

SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən Ə. Mədətli sığortanın mahiyyəti barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. Bu günlərdə üzünü sığortalayan müğənni şirkət əməkdaşı ilə birlikdə sualları cavablandırıb.

Əkbər Mədətli deyib ki, Nigar Camal "Eurovision-2011"in vacib simasıdır. Və bu, maliyyə sektorunda imzalanan eksklüziv müqavilədir: "Bu bir az da rəmzi xarakter daşıyır. Nigar Camalın siması həm də Azərbaycanın simasıdır".

Mətbuat konfransında Nigar Camalın üzünü 1,5 milyon manat məbləğində sığortalatdırdığı məlum olub.

Nigar Camal jurnalistlərin suallarına cavabında deyib ki, bütün dünyada sığorta vacib amilə çevrilib. Sima müğənni üçün vizit kartıdır.

Jurnalistlər sığorta şirkətinin əməkdaşına nə üçün Eldar Qasımovla belə bir müqavilənin imzalanmadığını soruşublar. Şirkət nümayəndəsi "Eldar simasını və ya bədəninin hər hansı üzvünü bir il ərzində sığortalaya bilər. Biz onunla əməkdaşlıq edə bilərik" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə