Rus Baletinin əfsanəsi Azərbaycan teatrında ustad dərsləri keçəcək

Rus Baletinin əfsanəsi Azərbaycan teatrında ustad dərsləri keçəcək

Görkəmli rusiyalı balerina, xalq artisti, Rusiya Dövlət Akademik Böyük Teatrının xoreoqrafı Lyudmila Semenyaka Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Teatrın balet truppasında ustad dərsləri keçirmək üçün Bakıya dəvət olunub. Bu barədə SİA-ya teatrdan məlumat verilib.

Lyudmila Semenyaka sentyabrın 30-na kimi şəhərimizdə olacaq, truppada ustad dərsləri keçirəcək, aparıcı solistlərlə fərdi şəkildə məşğul olacaq, ayrı-ayrı klassik balet tamaşalarında onların ifa etdiyi partiyalarda ustalıqlarını daha da təkmilləşdirəcək.

Teatr rəhbərliyi gələcəkdə də klassik balet üzrə ən tanınmış mütəxəssislərin ustad dərslərini keçirmək üçün dəvət olunması istiqamətində işləri davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə