Yaşar Nurinin səhhəti barədə son xəbər

Yaşar Nurinin səhhəti barədə son xəbər

Azərbaycanın xalq artisti Yaşar Nurinin reanimasiyadan çıxarılacağı ya bu gün, ya da sabaha məlum olacaq. Bu barədə SİA-ya aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva açıqlamasında bildirib.

Onun sözlərinə görə, baxmayaraq ki, aktyor süni nəfəs aparatdan azad olunub və sərbəst danışır, ancaq hələ də reanimasiyadadır: "Onunla yalnız telefonla əlaqə saxlayıram. Bu günə ya da sabaha reanimasiyadan palataya köçürüləcəyi bəlli olacaq. Hazırda isə yanına heç kimi buraxmırlar. İnşallah hər şey yaxşı olacaq. Artıq sərbəst danışır, danışığı da qaydasındadır".

Qeyd edək ki, bir neçə gün əvvəl qəflətən halı pisləşən aktyor Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə