“Eurovision 2012” mahnı müsabiqəsi üçün İsveç mahnı qəbulunu sona çatdırıb

“Eurovision 2012” mahnı müsabiqəsi üçün İsveç mahnı qəbulunu sona çatdırıb
Gələn il Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi üçün İsveçin yayımçısı "SVT" artıq mahnı qəbulunu sona çatdırıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu il müsabiqədə iştirak üçün rekord sayda - 3485 mahnı ilə bağlı ərizə daxil olub.


Daha sonra seçiləcək 570 mahnı ölkənin milli televiziyasının rəsmi saytında keçiriləcək səsvermədə iştirak etmək hüququ qazanacaq.


"Melodifestival" müsabiqəsinin finalında 32 mahnı birincilik uğrunda mübarizə aparacaq. Final mərhələsi isə peşəkar münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə