Şahin Növrəsli izləyiciləri heyran edib - FOTO

Şahin Növrəsli izləyiciləri heyran edib - FOTO

Heydər Əliyev Sarayında Azərbaycanın dünya şöhrətli cazmeni, pianoçu Şahin Növrəslinin möhtəşəm solo konserti olub. SİA-nın məlumatına görə, konset Bakı Caz Mərkəzi eləcə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.


Şahin Növrəsli pianoda ifa etməklə yanaşı həmçinin muğam da oxuyub. Onun bu addımı zaldakı izləyicilər tərəfindən alqışlarla qarşılanıb.


İki saata yaxın baş tutan konsertdə Şahini bas-gitarada Natan Pek, barabanda Aleksandr Maşin, saksofonda Kris Heminquey, tar və kamanda isə Şahinin qardaşları – Arslan və Nurlan Növrəslilər müşayiət ediblər.


Məlumat üçün bildirək ki, konsertdə qonaq qismində Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlov, eləcə də Azərbyacanda səfərdə olan Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.


Musiqiçilərin repertuarı tamaşaçılar tərəfindən böyük maraq və hərarətlə qarşılanıb.


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə