Azərbaycanlı rejissorun filmi beynəlxalq kino festivalının proqramına daxil edilib
Rejissor İlqar Safatın "Səma kökləri" adlı sənədli filmi "Etnoqrafik kino günləri" III Beynəlxalq Audiovizual Antropologiya Kino Festivalının proqramına daxil edilib. "Nərimanfilm" kinostudiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, festival sentyabrın 24-dən 30-dək olan müddət ərzində Moskva şəhərində baş tutacaq.
"Etnoqrafik kino günləri" Beynəlxalq Audiovizual Antropologiya Kino Festivalı Moskvada artıq üçüncü dəfə iştirakçıları və qonaqları qəbul edir. Kinofestival Rusiya Kulturologiya İnstitutu ilə D.S. Lixaçev adına Rusiyanın Mədəni və Təbii İrsi Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı nəticəsində və həmçinin, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
"Səma kökləri"- udegey şamanizmi haqqında sənədli filmdir. Filmdə şamanın ölmüş insanın ruhunu axirət dünyasına necə ötürməsi haqqında danışılır. Udegeylər - Rusiyada Uzaq Şərqdə yaşayan azsaylı xalqdır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB