Musiqili Komediya Teatrı yeni mövsümdə "Kimyagər" tamaşasını təqdim edəcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib. Məlumata görə, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan dramaturgiyasının banisi, görkəmli dramaturq Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə ədibin "Hekayəti Molla İbrahimxəlil Kimyagər" komediyası əsasında hazırlanıb. Tamaşada Kimyəgər rolunda Xalq artisti Afaq Bəşirqızı oynayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB