Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran 2010" müsabiqəsinin qalibləri tərəfindən çəkilmiş qısametrajlı filmlərdən ibarət "Gənclərin qısa filmləri" kino axşamı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nümayiş sentyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Proqramda "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi - rejissor Fehruz Şamıyevin "Yol", "Sinema Evi" MMC - rejissor Novruz Hikmətin "Mənim atam", "Ayan-Z" MMC - rejissor Kəmalə Rzayevanın "Şəbəkə" filmləri göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB