Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Yaşar Nurinin vəziyyəti ötən günlərə nisbətən yaxşıdır. Bunu SİA-ya açıqlamasında aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib.
Onun sözlərinə görə, aktyor hələ ki reanimasiyadadır və lazımi müalicə alır: \"Reanimasiyadan nə vaxt buraxılacağı bəlli deyil. Səhhəti tam qaydasına düşdükdən sonra həkimlər dəqiq məlumat verəcəklər. İnşallah tezliklə səhhəti tezliklə qaydasına düşəcək".
Qeyd edək ki, beş gün əvvəl xalq artisti Yaşar Nurinin səhhəti qəflətən pisləşib və aktyor Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Yaşar Nuri bu il ərzində bir neçə dəfə xəstəxanada köçürülüb. Aktyorun ağ ciyərində problemlər olduğu deyilir. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəli Türkiyənin Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB