Milli Kitabxanada \"Azərbaycanın səs xəzinəsi\" adlı kataloq açılıb- FOTOSESSİYA

Milli Kitabxanada \"Azərbaycanın səs xəzinəsi\" adlı kataloq açılıb- FOTOSESSİYA
Bu gün M. F. Axundov adına Milli Kitabxanada "Müslüm Maqomayev: Biblioqrafiya" və \"Azərbaycanın səs xəzinəsi\" kataloqunun I buraxışı təqdim olunub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov, Mədəniyyət və Turizm Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri Yaşar Əliyev iştirak ediblər.


İlk olaraq çıxış edən kitabxanın direktoru Kərim Tahirov bildirib ki, III Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən bugünkü tədbirdə bir sıra kitablar təqdim olunur: \"Dahi Azərbaycan bəstəkarı Ü. Hacıbəylinin yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır\".


Daha sonra tədbirdə çıxış edən qonaqlar dahi bəstəkarın Azərbaycan üçün gördüyü misilsiz xidmətlərdən söz açıblar.


Tədbirdə həmçinin "Milli Kitabxananın Not Nəşrləri və Səsyazmaları şöbəsinin fondunda saxlanılan qrammofon vallarından kompakt disklərə (CD) köçürülmüş əsərlər" kitablarının təqdimatı da baş tutub.


Kitabın tərtibçisi Marat İbrahimov, ixtisas redaktoru Kərim Tahirov, redaktoru Nazlı Şahbazovadır.


Bütün xəbərlər Facebook səhifəmizdə