Opera və Balet Teatrı bu gün yeni mövsümə start verir

Opera və Balet Teatrı bu gün yeni mövsümə start verir

Bu gün Azərbaycan Dövlət Opera və Balet Teatrı yeni mövsümə start verir. SİA-nın məlumtına görə, teatr mövsümü xalq artisti, bəstəkar Polad Bülbüloğlunun "Eşq və ölüm" baleti ilə açacaq.


Üzeyir Hacıbəyli adına beynəlxalq musiqi festivalı çərçivəsində nümayiş olunacaq əsər Bakıda ilk dəfə olaraq, Yekaterinburq Dövlət Opera və Balet Teatrının balet truppasının təqdimatında olacaq. Əsər bütünlükdə Yekaterinburq artistlərinin ifasında nümayiş olunacaq.


Məlumat üçün bildirək ki, tamaşanın librettosu Nadejda Malıginaya məxsusdur. Dirijoru Pavel Kliniçev, quruluşçu xoreoqrafı Rusiyanın əməkdar incəsənət xadimi tamaşanın librettosu olan N. Malıgineya məxsusdur.


Qeyd edək ki, İki pərdəli balet "Kitabi Dədə-Qorqud" eposunun motivləri əsasında hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə