Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi sentyabrın 17-dən 24-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək "Batumi İnternational Art House Film Festival" kinofestivalında nümayiş etdiriləcək. Bu barədə SİA-ya filmin rejissoru məlumat verib. Onun sözlərinə görə, festivalın bu bölməsində 17 ölkənin 30 filmi mükafatlar uğrunda mübarizə aparacaq: "Ümumilikdə festival çərçivəsində 40-dan artıq ölkənin 100-ə yaxın filmi nümayiş olunacaq. Bir neçə bölmədə keçirilən festivalın beynəlxalq münsiflər heyətində azərbaycanlı rejissor Elçin Musaoğlu da yer alır".
Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.
Film 2010-cu ildə "Bir addım" film studiyasında istehsal olunub.
Xatırladaq ki, "Miras" sənədli filmi artıq Almaniya, Rusiya, Polşa, Ruminiya, Ukrayna, Latviya, Bolqariya,Moldova, Bosniya -Hersoqovina və bir sira ölkələrdə nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB