Sabah gözlərinizi musiqi sədaları altinda açın. Həzin və ürək oxşayan musiqi olsun ki, dahi Üzeyirə ehtiram sükutu ilə baş əyək. Çünki sabah musiqini bayrama çevirən dahi Üzeyirin dogum günüdür.Bu gün həm də onun şərəfinə milli musiqi bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsini əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin ölümündən sonra hər il bu günü qeyd edib. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin dogum günü və musiqi günü ilə baglı Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının keçiriləcək. Festivalda Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Çənubi Koreya, Macarıstan, Almaniyadan tanınmış musiqiçilər və kollektivlər – Yekaterinburq Opera və Balet Teatrı, "Ferens List", "Veritas", Vyana kamera orkestrləri, Yeva Tebbe, Yekaterina Levental, Je Xay Li, Aleksandr Melnikov, Karolin Vidman və başqaları iştirak edəcəklər. Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Musiqi Gününə həsr olunan tədbir keçiriləcək. Sabah Azərbaycan Dövlət Filarmoniyasında Beynəlxalq Musiqi Festivalının açılış mərasimi baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB