"Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar bu sənətlə məşğul olanların sayı yüzlərlə olub. Qədim ipəkçilik və kəlağayı sənətinin inkişafı, Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev, Ənvər Qarayev, Tatyana Ağababayeva və digər müasir dövr batika ustalarımızın yaradıcılığı sayəsində Azərbaycan batikanın inkişaf etdiyi ölkələr arasında önəmli yer tutur. Lakin bütün bunlara baxmayaraq indiyədək Azərbaycan batika ustalarının iştirakı ilə sərgi keçirilməmişdi",- deyə nazir müavini əlavə edib.
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxışında "Batika həftəsi"nin Azərbaycan rəssamlarının və xalq sənətkarlarının yaratdığı nadir sənət inciləri hesab olunan batika əsərlərinin üzə çıxarılması və nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədilə keçirildiyini deyib. İttifaq rəhbəri qeyd edib ki, sərgidə Azərbaycan rəssamlarının müxtəlif nəsillərini təmsil edən batika ustalarının əsərlərinin nümayiş etdirilir.
"Batika həftəsi"nin açılışında iştirak edən Azərbaycan Rəssamlar Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov və diplomatik korpusun nümayəndələri sərgi ilə bağlı xoş təəssüratlarını bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB