Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, xalq Artisti İrina Aleksandrovna Perlovanın anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir əməkdar artist Şövqi Hüseynovun aparıcılığı ilə keçirilib. Giriş sözü ilə çıxış edən Ş.Hüseynov İrina Perlovanın həyat və yaradılığına nəzər salaraq onun Kamera və Gənc Tamaşaçılar Teatrındakı əhəmiyyətli mövqeyini diqqətə çatdırıb.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxışında sənətdə olan insanları adi insanlardan fərqləndiklərini, bu fərqin həmin sənətkarların dünyalarını dəyişdikdən sonra daha da qabarıq şəkildə hiss olunduğunu diqqətə çatdırıb.
Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova insanın adının onun dediyi sözlər, yazdığı kitablarla əbədiləşdiyini, gələcək nəsillər tərəfindən hər zaman anılaraq yad edildiyini vurğulayıb.
Jurnalist Qalina Mikaladze kitabda yazılan hər sətrin mənasının gələcəyə aid olduğunu, nəşri oxuyan hər kəsin özü üçün maraqlı bir fikri kəşf edəcəyini deyib.
Daha sonra İ.Perlovaya həsr edilən "Sonuncu məkan" verilişi nümayiş etdirilib.
Sonda mərhum rejissorun qızı tədbiri təşkil edən hər kəsə dərin minnətdarlığını bildirib.
Mərhum rejissorun vəfat etməsinin il dönümünə həsr edilən mərasimdə həmçinin, mərhum rejissorun şeirlərindən ibarət "Будем, прощаясь, как август щедры" kitabının təqdimatı da baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB