Builki Azərbaycan teatrının təntənəli mövsüm açılışı təxirə salınıb. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir Azərbaycan teatrının 139-cu mövsümünün təntənəli açılış mərasiminin sentyabrın 20-dən sonra keçiriləcəyini deyib: "Qərara gəldik ki, bu il mövsüm açılışını yeni əsaslı təmir olunmuş Mingəçevir Dövlət Dram Teatrının qarşısında keçirək. Bu tarix hələ tam dəqiqləşməsə də sentyabrın 20-dən sonraya nəzərdə tutulur. Amma buna baxmayaraq istər paytaxt, istərsə də bölgə teatrları sentyabrın 17-dən etibarən tamaşa nümayişinə başlayacaqlar".
Bu mövsümün teatrlar üçün yaddaqalan olacağını söyləyən nazir təntənəli açılış mərasimi üçün maraqlı proqramın nəzərdə tutulduğunu da qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB