Dövlət Pantomima Teatrı yeni mövsümü sentyabrın 17-də irland yazıçısı Semuel Bekketin əsərlərinin təsirindən səhnələşdirilən "Qaranlıq" tamaşası ilə açacaq.
Teatrın direktoru Elman Rəfiyevin SİA-ya verdiyi məlumata görə, tamaşanın rejissoru teatrın aktyoru Bəhruz Vaqifoğludur: \"45 dəqiqəlik tamaşanın plastik həlli Dövlət Pantomima Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadəyə məxsusdur\".
Baş rollarda Ceyhun Dadaşov (yazıçı), əməkdar artist Nargilə Qəribova (kabus), digər rollarda Elnur İsmayılov, Əli Əlizadə oynayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB