Səməd Səmədovun rəhbərlik etdiyi "Qismət" qrupu yenidən səhnəyə qayıdır. Bunu SİA-ya açıqlamasında qrupun rəhbəri xalq artisti S.Səmədov açıqlamasında bildirib.
Onun sözlərinə görə, qrup yeni üslubda səhnəyə qayıdır: "Artıq qrupla birlikdə yeni mahnı üzərində çalışırıq. 1 aydan çoxdur ki, mahnı oranjemandadır. Mahnı isə "Odlar yurdu Azərbaycan" adlanır".
Səməd Səmədov onu da vurğulayıb ki, yaxın zamanlarda qrup efirlərdə olacaq.
Qeyd edək ki, bir müddət əvvəl qrup dağılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB