Ölkəmiz Braziliyada keçirilən ümumdünya konqresində təmsil olunub
Braziliya Federativ Respublikasının Florianpolis şəhərində İbtidai elmlər üzrə XVI ümumdünya elmi konqresi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev, "Qobustan" milli tarix-bədii qoruğunun direktoru Məlahət Fərəcova və "Yanardağ" dövlət tarix-bədii qoruğunun direktoru Malik Fətullayev təmsil ediblər.
Dünyanın bir çox ölkələrindən nümayəndənin iştirak etdiyi konqresdə abidələrin mühafizəsi işinin yeni standartları, qayaüstü incəsənət, arxeoloji irsin inkişafında informasiya texnologiyalarının tətbiqi istiqamətlərində 50-yə qədər sessiya keçirilib. "Qobustan" milli tarix-bədii qoruğunun direktoru M. Fərəcova Arxeoloji irs siyasəti və idarəçilik mövzusu üzrə keçirilən sessiyada "Qobustan qayaüstü incəsənətinin arxeoloji landşaftı" mövzusunda məruzə ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB