Bir dəqiqəlik cizgi filmləri müsabiqəsi elan edilib

Bir dəqiqəlik cizgi filmləri müsabiqəsi elan edilib
Mədəniyyət və Turizm Nazirliyi sentyabrın 15-dən dekabrın 15-dək bir dəqiqəlik uşaq cizgi filmləri müsabiqəsi elan edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.


Məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında cizgi kinosu sahəsində yaradıcılıq fəaliyyətini canlandırmaq və dövlət sifarişi ilə müasir texnologiyalarla çəkilən filmlərin istehsalını genişləndirməkdir.

Müsabiqədə animasiya kinosu ilə məşğul olan şəxslər iştirak edə bilər. Müsabiqəyə təqdim olunan filmlərə işlənmə texnikası üzrə məhdudiyyət qoyulmur.


Müsabiqə iştirakçıları münsiflər heyəti tərəfindən baxılmaq üçün DVD diskə köçürülmüş film və müəllifin adı, soyadı, əlaqə telefonları qeyd edilmiş sənəd təqdim olunur.


Müsabiqəyə təqdim olunan materiallar Mədəniyyət və Turizm Nazirliyinin ünvanına göndərilir: AZ 1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, otaq 329. Əlaqə telefonları: 493 21 15, 498 20 46.


Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar təsis olunur:


I yeri qazanan filmin müəllifi 2012-ci ildə on dəqiqəlik cizgi filmi çəkmək hüququ qazanır.


II yeri qazanan filmin müəllifi 2012-ci ildə beş dəqiqəlik cizgi filmi çəkmək hüququ qazanır.


Qaliblərin adları 2011-cu il dekabrın 28-dək www.mct.gov.az saytında və "Mədəniyyət" qəzetində açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня