“Azərbaycanfilm” Kinostudiyasının yenidən qurulması ilə bağlı ilkin danışıqlar gedir\"

“Azərbaycanfilm” Kinostudiyasının yenidən qurulması ilə bağlı ilkin danışıqlar gedir\"
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının yenidən qurulması ilə bağlı ilkin danışıqlar gedir. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.


O bildirib ki, ilin sonuna kimi bu barədə müqavilə imzalanacaq: "Biz bu ilin sonuna qədər kinostudiyanın layihələndirilməsinin başlanması üçün müqavilə imzalayacağıq. Uzun müddətdir gözlənilən bu məkanın bərpası başlanacaq".


Azərbaycan Dövlət Opera və Balet Teatrının əsaslı təmirinə gəlincə, Ə. Qarayev 2 il müddətində hazırlanan layihənin son variantda oktyabrda onlara təqdim olunacağını açıqlayıb. Məhz bundan sonra Opera və Balet Teatrında əsaslı təmir işlərinin başlanacağı tarix açıqlanacaq.


Ə. Qarayev yenidən qurulan "Nizami" kinoteatrının oktyabr-noyabr ayında ictimaiyyətin üzünə açılacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com