İşğal edilən ərazilərin təbiətinə həsr olunan foto- sərgi keçirilib

İşğal edilən ərazilərin təbiətinə həsr olunan foto- sərgi keçirilib
\"Qadınlar Sülh və Ekoloji Təmizlik Uğrunda\" İctimai Birliyi İşğal edilən ərazilərdə turizm infrastruktruna dəyən zərər haqqında məlumatların yerli və beynəlxalq təşkilatlara çatdırılması layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində bu gün Bakı Dəniz Vağzalının konfrans zalında foto- sərgi təşkil olunub.


SİA-nın məlumatına görə, İB-nin sədri Rahilə Mehdiyeva bildirib ki, Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və \"Turizm ili\" çərçivəsində həyata keçirilən layihənin məqsədi Azərbaycanın işğal altında olan ərazilərinin turizm potensialı, bu rayonların təbiətinə və tarixi abidələrinə qarşı erməni vandalizmi barədə məlumat verməkdir.


Onun sözlərinə görə, layihədə Azərbaycanın erməni işğalçıları tərəfindən zəbt edilən ərazilərində ermənilərin ekoloji tarazlığın pozulmasına yönələn çirkin əməllərinin, dağıdılan tarixi abidələrimiz barədə geniş məlumatların yer alacağı veb- saytın yaradılması, müxtəlif sərgilərin keçirilməsi və sərgi iştirakçılarının, eləcə də beynəlxalq ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub: \"Artıq layihə çərçivəsində veb- sayt yaradılıb. Saytda (www.tariximiz.com) Azərbaycanın zəbt edilən rayonlarının təbiətinə və tarixi abidələrinə qarşı erməni vandalizmi barədə materiallar yer alıb\".


Bugünkü sərgidə işğal olunan rayonlarda xalqımızın ermənilər tərəfindən dağıdılan, \"erməniləşdirilən\" milli tarixi abidələri, regionun erməni qəsbkarları tərəfindən vandalizmə məruz qalan təbiətin dünəni və bu günü öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня