İslandiya \"Eurovision-2012\" təmsilçisinin seçilməsi üçün milli seçim prosesinin qaydalarını açıqlayıb
İslandiya gələn il Azərbaycanda keçiriləcək \"Eurovision-2012\" mahnı müsabiqəsində iştirak edəcək təmsilçisinin seçilməsi üçün olan milli seçim prosesinin qaydalarını açıqlayıb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, İslandiya yayımçısı RUV Bakıda keçiriləcək milli seçimlərlə bağlı planlarını açıqlayıb.
İslandiyanın müsabiqədəki təmsilçisinin seçilməsi üçün son qəbul oktyabrın 10-na qədər olacaq. Daha sonra isə mətbuat konfransı keçiriləcək ki, burada da ən yaxşı bəstə seçiləcək. Yanvar və fevral aylarında isə yarımfinal, fevralda isə final mərhələsi baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB