Səməd Səmədov: “Bu xəbəri eşidəndə az qala səhnədən yıxılacaqdım”-AÇIQLAMA
"Bu xəbəri eşidəndə az qala səhnədən yıxılacaqdım". Bunu SİA-ya açıqlamasında yenicə \"Xalq artisti\" fəxri adına layiq görülən müğənni Səməd Səmədov açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu xəbəri tədbirdə ifa edərkən eşidib: "Xalq artisti fəxri adına layiq görülməyimi prodüsserim Rövşənin telefonuma yazdığı ismarıcla bilmişəm. Bu xəbəri eşidən zaman az qala səhnədən yerə yıxılım. Çox sevindim və sevincimin həddi-hüdudu yoxdur".
Səməd Səmədovun bu sevincinə tədbirin aparıcıları Könül və Azər də qoşulub. Belə ki, onlar müğənnini səhnədə ilk dəfə olaraq xalq artisti deyə təqdim ediblər.
Xalq artisti onu da vurğulayıb ki, artıq bir sutkadır ki, telefonuna gələn zənglərin ardı arası kəsilmir. Sonda müğənni bu mükafata görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Ağasəməd Həsən oğlu Səmədova (Səməd Səmədov) "Xalq Artisti" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB