Gəncə Dövlət Filarmoniyası üçün yeni binanın tikiləcəyi yer dəqiqləşib - FOTOSESSİYA

Gəncə Dövlət Filarmoniyası üçün yeni binanın tikiləcəyi yer dəqiqləşib - FOTOSESSİYA

Gəncənin ən böyük mədəniyyət ocaqlarından biri olan Dövlət Filormoniya binasının gələcək taleyinə aydınlıq gətrilib. Hazırda binanın uzun illər yararsız və qəzalı vəziyyətdə olması səbəbi ilə binanın söküləcəyi deyilirdi. Təxminən 5 ilə yaxın idi ki, filarmoniya üçün yeni binanın inşa olunacağı barədə məlumatlar verilsə də, real addımlar atılmırdı. Ancaq bu günlərdə məsələ öz həllini tapıb. SİA-nın aldığı məlumata görə, Gəncənin filarmoniya binası məhşur "Bakı" kinoteatrının yerində tikilicək.

Qeyd edək ki, sözügedən tikili də yararsız vəziyyətdədir. Bu səbəbdən Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi qərara alıb ki, kinoteatrın yerində ən müasir standartlara cavab verəcək filarmnoniya binası inşa olunsun. Artıq kinoteatrın söküntüsünə başlanılıb. Prosses tam yekunlaşdıqdan sonra boş olacaq ərazidə filarmoniya binası üçün tikintiyə başlanılacaq.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev SİA-nın bölgə müxbirinə bildirib ki, filarmoniya binasının inşaası üçün layihə hazırlanıb və onun müzakirəsi aparılır. Tikintiyə start verilsə, gəncəliliər yeni filarmoniya binasını tam 1 il gözləmiəli olacaqlar. Qeyd edək ki, Azərbaycanda tanınan bir çox sənətkarlar vaxtıilə məhz Gəncə Dövlət Filarmoniyasında çalışıb. Elə məşur "Göygöl" ansanbılı da sözügedən mədəniyyət ocağında yaradılıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə