"Mürasirlərlə dialoq" layihəsi üzrə ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər silsiləsindən xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimovla görüş keçiriləcək. Bu barədə SİA-ya ittifaqdan məlumat verilib. Görüş sentyabrın 15-də saat 16.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda baş tutacaq.
"Müstəqillik tariximizin ədəbiyyat və incəsənət əsərlərində əks olunması" mövzusunda keçiriləcək görüşdə həmçinin rəssamın əsərlərinin sərgisi də nəzərdə tutulub.
Sentyabrın 16-də saat 14.00-da isə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda "Üzeyir Hacıbəyli - 126" - dahi bəstəkarın doğum gününə həsr edilən anım tədbiri keçiriləcək. Tədbirdə tanınmış musiqi xadimlərinin çıxışları, həmçinin dahi bəstəkarın əsərlərinin ifası nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB