Amerikalı rejissor İran prezidenti haqqında sənədli film çəkəcək

Amerikalı rejissor İran prezidenti haqqında sənədli film çəkəcək
Amerikanın məşhur rejissoru Oliver Stoun gələn həftə İrana gedəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, rejissorun İrana gəlişinin səbəbi burada sənədli film çəkməsidir.


Rejissorun oğlu Şon Stoun çəkiliş meydançası seçimi üçün artıq İrandadır. Oliver Stoun İranın prezidenti Mahmud Əhmədinejad haqqında sənədli film çəkmək niyyətindədir.


İranın prezidenti o zaman çəkilişlərə razı olacaq ki, filmin ssenarisini oxuyacaq və filmdə heç bir oyun səhnələri olmayacaq.


Stoun filmi çəkməkdə məqsədinin \"İslamın qlobal imicinin yaxşılaşdırılması\" olduğunu bildirdikdən sonra Mahmud Əhmədinejad filmin çəkilişlərinə razılıq verib.

Bütün xəbərlər Facebook səhifəmizdə