Sentyabrın 16–da Daşkənddəki Milli İncəsənət Mərkəzində Azərbaycan Mədəniyyəti Günü keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbir ölkəmizin Özbəkistandakı səfirliyinin və Forum Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.
Azərbaycan Mədəniyyəti Günü çərçivəsində rəsm sərgisi və konsert təşkil olunacaq. Təntənəli mərasim sentyabrın 16-da Daşkənddə tematik ekspozisiyanın nümayişi ilə başlanacaq. Burada müasir Azərbaycanın inkişafını əks etdirən fotomateriallar və çap məhsulları sərgilənəcək. Həmçinin bu ölkədə yaşayan azərbaycanlıların və Özbəkistanın musiqi kollektivlərinin ifasında Azərbaycan xalq musiqisindən, klassik və estrada mahnılarından ibarət konsert təqdim olunacaq.
Bundan əlavə, Azərbaycanın müasir mədəniyyətinin, o cümlədən xalçalarının, musiqi alətlərinin, görkəmli fırça ustası Səttar Bəhlulzadənin rəsmlərinin əks olunduğu sərgi açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB