Hollivudun tanınmış kino aktyoru Klif Robertson vəfat edib

Hollivudun tanınmış kino aktyoru Klif Robertson vəfat edib
Hollivudun tanınmış kino aktyoru Klif Robertson 88 yaşında vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə aktyorun mətbuat katibi Evelin Kristal açıqlamasında bildirib.


Onun sözlərinə görə, aktyor şənbə günü günorta saatlarında dünyasını dəyişib.


Qeyd edək ki, aktyor ABŞ-ın prezidenti olan Cen Kennedinin həyatından bəhs edən \"RT-109\" filmində prezidenti canlandırıb. Çarli filmindəki obrazına görə isə Oskar mükafatı alıb. Bununla yanaşı, aktyor \"Hörümçək adam\" filmində də rol ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə