Əcnəbilər üçün “Eurovision-2012” müsabiqəsi neçəyə başa gələcək?
Azərbaycan Turizm Assosiasiyası (AzTA) 22-26 may tarixlərində Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsini ziyarət etmək istəyən əcnəbi turistlər üçün turist paketinin təqribi qiymətini açıqlayıb.
SİA 1news.az-a istinadən xəbər verir ki, AzTA-nin rəhbəri Nahid Bağırov adətən turist paketinə hər iki tərəfə aviabiletin qiymətinin, oteldə qalma, həmçinin müsabiqənin özünə biletlərin (iki yarımfinal və final da daxil olmaqla) qiymətinin daxil olduğunu bildirib.
"Məlum olduğu kimi müsabiqə mayın 22-də başlayır və 26-dək davam edəcək. Ölkədə qalma günləri kimi mayın 21-dən 27-dək olan müddəti və üç ulduzlu oteldə yaşamanı götürsək, turist paketi əcnəbi qonaqlara təxminən 1,250 manata (1100 avro və ya 1600 dollar) və daha yüksək qiymətə başa gələcək.
Bir də söyləyirəm, bu təqribi qiymətdir, çünki əvvəla turist yüksək səviyyəli oteldə yer bronlaya bilər, ikincisi hələlik müsabiqənin özünə biletlərin yekun qiyməti bəlli deyil" – deyə, N.Bağırov bildirib.
AzTA rəhbəri turistlərin istəyindən asılı olmayaraq, turist paketinə daim "Eurovision" müsabiqəsinin iki yarımfinalı və finalına biletlərin qiymətinin də daxil edildiyini qeyd edib.
Bununla yanaşı o xatırladıb ki, "Almaniyada biletlər 300 avro-dan baha idi, ölkədə qalma isə 1,1 min avrodan baha qiymətə başa gəlirdi"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB