Emin Ağalarov Almaniyanın “EMI Music Germany” şirkəti ilə müqavilə imzalayıb

Emin Ağalarov Almaniyanın “EMI Music Germany” şirkəti ilə müqavilə imzalayıb
Məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov Almaniyanın "EMI Music Germany" şirkəti ilə müqavilə imzalayıb. SİA-nın müğənninin rəsmi saytına istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən üç albomun hazırlanması nəzərdə tutulub.


Əməkdaşlığın qeyd olunma mərasimində Emin Böyük Britaniyada sevilən \"Obvious\" və \"Just for one night\" mahnılarını oxuyub.


Qeyd edək ki, Kölndə təşkil olunan tədbirdə 270-ə yaxın mətbuat nümayəndələri, eləcə də teleaparıcılar iştirak edib.


Emin çoxsaylı jurnalistlərin suallarını cavablandırıb. O, deyib ki, EMİ kimi böyük şirkətlə əməkdaşlıq etmək onun üçün Almaniya, Avstriya, İsveçrə və digər ölkələrin yeni musiqi auditoriyasına sahib olmaq, eləcə də olduqca peşəkar komanda ilə işləmək deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com