Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Rusiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Moskva Şəhəri Gününə həsr olunmuş "Moskva bakılının gözü ilə" fotosərgisi açılıb.
SİA-nın məlumatına görə, RİMM-in mətbuat xidməti də faktı təsdiq edərək bildirib ki, sərginin ekspozisiyasında azərbaycanlı jurnalist-yazıçı, Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar birliklərinin üzvü, "Humay" mükafatı laureatı, 7 kitabın müəllifi Şirməmməd Nəzərlinin 40-a yaxın fotoşəkli nümayiş etdirilir.
Sərginin açılış mərasimində RİMM-in rəhbəri Ənvər Şeyxov, Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Oleq Proxin çıxış edərək ekspozisiyanın müəllifinə öz əsərlərində Moskvanın və Rusiyanın ilin bütün fəsillərini əhatə edən gözəl təbiətini canlandırdığına görə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov sərginin dost Rusiya üçün əlamətdar gündə açılışını yüksək qiymətləndirib. Bildirib ki, bu, Şirməmməd Nəzərlinin bədii təcəssümü ilə fərqlənən ilk sərgisi deyildir.
Sərginin müəllifi ekspozisiyasının nümayişini təşkil etdiklərinə görə Rusiyanın Azərbaycandakı səfirliyinə və RİMM-ə təşəkkürünü bildirmiş, iştirakçıları sərgiyə baxmağa dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB