Azərbaycan teatrı ilk dəfə Amerikada

Azərbaycan teatrı ilk dəfə Amerikada
Oktyabrın 20-dən 27-dək Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində "Amerikada Azərbaycan teatr bayramı" adı altında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyəti Nyu-Yorka səfər edəcək.


Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin rəhbərlik etdiyi yaradıcı heyətə tanınmış səhnə ustaları – xalq artistləri Afaq Bəşirqızı, Hüseynsəfa Mirzəhəsənov, solist-vokalist Nərgiz Kərimova, aktyor Əlimməməd Novruzov və başqaları daxildir. Tədbirdə sənətçilərin ifasında komediyalardan parçalar nümayiş olunacaq. Tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Nyu-York Assosiasiyasıdır.


Qeyd edək ki, bu, 139 illik tarixində Azərbaycan teatrının okeanın o tayına - Amerikaya ilk səfəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня