Azərbaycanlı rejissor “Zolotoy Feniks” IV Ümumrusiya festivalında \"Debüt\" mükafatına layiq görülüb - FOTO

Azərbaycanlı rejissor “Zolotoy Feniks” IV Ümumrusiya festivalında \"Debüt\" mükafatına layiq görülüb - FOTO
Azərbaycanlı rejissor Smolensk şəhərində 4-cü dəfədir keçirilən "Zolotoy Feniks" IV Ümumrusiya festivalında \"Debüt\" mükafatına layiq görülüb. SİA-nın festivalın rəsmi saytına (http://www.directorfest.ru) istinadən verdiyi məlumata görə, festivalda azərbaycanlı rejissor Fuad İbrahimovun "Uçur" adlı filmi nümayiş olunacaq. "Uçur" adlı ekran əsəri Olqa Muxinanın eyniadlı pyesi əsasında lentə alınıb. Filmdə Aleksandr Ratnikov, Yevgeni Sıqanov, İrina Klimova, Pavel Barşak, Yevgeniya Osipova, Aleksey Barabaş və s. aktyorlar çəkiliblər.


İnsanın kosmosa ilk uçuşunun 50-ci ildönümünə həsr olunan festivalda ümumilikdə 30 film göstəriləcək, müsabiqə proqramına isə 17 film daxil edilib.


Hadisələr Moskvanı xatırladan bir şəhərdə baş verir. Qəhrəmanlar – diceylər, prodüserlər, teleaparıcılar – qaynar, ancaq mənasız həyat sürən adamlardır. Onlar sevgi barədə çox danışsalar da, amma onu hiss etməyə qadir deyillər.


Məlumat üçün bildirək ki, festivalın açılışı Andreya Zvyaqençevanın "Yelena" filmi ilə baş tutub. Orle Oliveranın "Pelikan" ("Qutan") filmi ilə də bağlanıb.


Qeyd edək ki, festival Rusiyanın kino gününə təsadüf edib.



Bütün xəbərlər Facebook səhifəmizdə