Türkiyənin tanınmış müğənnisi Gülbən Ərgən Azərbaycanda konsert verəcək. SİA-nın Türkiyənin http://www.acunn.com saytına istinadən verdiyi məlumata görə, müğənni 15 illik karyerasında ilk dəfə dünya turnesinə çıxacaq.
20 ölkəni əhatə edəcək konsert noyabr və may aylarına təsadüf edəcək. Mustafa Sandalın sonuncu turnesini təşkil edən Murat Yıldırımın növbəti layihəsi olan G.Ərgənin turnesi Almaniya, Fransa, Hollandiya, İsveçrə, İngiltərə, Avstriya və Belçika kimi Avropa ölkələri ilə yanaşı, Cənubi Koreya, Avstraliya və Amerika Birləşmiş Ştatlarında da olacağı gözlənilir. Turne proqramında Azərbaycan və Türkmənistanla yanaşı, Livan, Misir və Tunis də var.
Məlumat üçün onu da bildirək ki, turne boyunca müğənninin 3 övladı da onunla birlikdə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB