Siyavuş Aslan: \"Doğum günümü xüsusi şəkildə qeyd etməyəcəm\"

Siyavuş Aslan: \"Doğum günümü xüsusi şəkildə qeyd etməyəcəm\"
\"Özümü bu gün yaxşı hiss edirəm\". Bunu SİA-ya açıqlamasında bu gün 76 yaşını qeyd edən tanınmış teatr və kino xadimi, xalq artisti Siyavuş Aslan bildirib.


\"Şükürlər olsun ki, səhhətim normaldır. Hələ ki elə də ciddi problemim yoxdur. Bu gün doğum günümlə əlaqədar yaxın insanlar məni zəngləri ilə təbrik ediblər\",- deyə xalq artisti vurğulayıb.


Aktyorun səhhətinə gəlincə isə müalicəsi hələ də davam etdirilir: \"Müalicə olunduğuma görə doğum günümü xüsusi şəkildə qeyd etməyəcəm. Əsas cansağlığıdır\".


Onu da qeyd edək ki, xalq artisti bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Aktyor hazırda ev şəraitində müalicə olunur və özünü normal hiss edir.


Qeyd edək ki, Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda dünyaya gəlib.


Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.


Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və burda, "Kəndimizin mahnısı"nda Bayarm, "Özümüz bilərik"də İbişov, "Altı qızın biri Pəri"də Firuzbala, "Ulduz"da Şubay, "Hicran"da Dadaşbala, "Qaçırılmış qız"da Qəmzəli, "Lənət sənə, kor şeytan"da Misir Nəsir, "Əlli yaşında cavan"da Orduxan bəy kimi bir çox obrazların mahir ifaçısı olub.


Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradır: "Nişanlı qız"da Mindilli, "Həyatın dibində"da Luka, "Günah"da Ağaəli, "Böyük Romul"da Romul Avqustul, "Od gəlini"da Oddamdı, "Bizim qəribə taleymiz"də Fəriş, "Sevgililərin cəhənnəmdə vüsalı"nda Cabbar, "Dəlilər və ağıllılar"da Ağamusa Fərəcov, "Hökmdar və qızı"nda Vanya Koxa, "Mənsiz dünya"da Qərib Qulam, "Ah, Paris…Paris!.."də Əsdulla, "Mənim ərim dəlidir"də Kişi, "Mənim sevimli dəlim"də Baş redaktor, "Poçt şöbəsində xəyal"da Yoldaş tək, "Hamlet"də Poloni, "Varlı qadın"da Sarı, "Kaş araba aşmayaydı!.."da Aqabo Boqveradze, kimi obrazlara da öz imzasını qoyub.


Televiziya tamaşalarında yüzdən çox obraz ifa edən Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.


Səyavuş Aslan çəkildiyi yüzə yaxın film və film-tamaşada da canlandırdığı obrazlarla kino aktyorluğu sahəsində öz sözünü deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня