Cari ilin 6-9 sentyabr tarixlərində Zaqatalada Avropa Şurasının \"Kiyev təşəbbüsü regional proqramı\" çərçivəsində həyata keçirilən \"Tarixi şəhərlərdə mədəni irsin bərpası\" layihəsinin ölkə üzrə ilkin mərhələsinin ikinci seminar-treninqi keçiriləcək.
Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsindən məlumat verilib. Məlumata görə, 4 gün davam edəcək tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, layihədə Azərbaycan tərəfindən təmsil olunan on rayonun mədəni irs və şəhərsalma üzrə ixtisaslaşan mütəxəssisləri, eləcə də Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğundan dəvət edilmiş ekspertlərin iştirakı nəzərdə tutulub. Layihənin həyata keçirilməsində məqsəd, ölkəmizin regionlarında mədəni irs amilini əsas götürməklə mədəni turizm infrastrukturunun inkişafıdır.
Qeyd edək ki, Avropa Şurası və Avropa İttifaqının birgə maliyyə dəstəyi ilə həyata keçirilən layihədə Azərbaycanla yanaşı, Ukrayna, Moldova və Gürcüstan iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB