“Neapolitan ehtiraslar” Heydər Əliyev Sarayında - FOTO

“Neapolitan ehtiraslar” Heydər Əliyev Sarayında - FOTO

Sentyabrın 24-ü saat 19.00-da Heydər Əliyev Sarayının səhnəsində Moskvadan təşrif buyuran aktyorlar truppası "Neapolitan ehtirasları" ("Неаполитанские страсти") adlı tamaşa təqdim edəcək.

SİA-nın məlumatına görə, tamaşa İtaliyanın məşhur dramaturqu Eduardo de Filipponun "Silindr" pyesi əsasında səhnələşdirilib.

Əsərlərində müəllif məhəbbətin qalib gəlməyinin və sadə adamın da xoşbəxt olmağının mümkünlüyünü iddia edir. Onun komediyalarının xəlqiliyi və nikbinliyi onlara populyarlıq qazandırır.

Tamaşada teatr və kino əfsanəsi Vladimir Etuş başda olmaqla, Valeri Barinov, Vladimir Steklov, Lidiya Velejeva, Aleksey Panin, Vladimir Koval kimi aktyorların adı var.yüksək səviyyəli aktyor ansamblı iştirak edir.

Biletləri şəhərin kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə