“Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!” adlı xeyriyyə konserti keçirilib
Heydər Əliyev adına Sarayda "Məlahətli ana" Uşaqlara Yardım İctimai Birliyi "Dəstək ol ki, imkansız şagirdlərimiz təhsilsiz qalmasın!" devizi ilə xeyriyyə konserti keçirib. SİA-nın məlumatına görə, xeyriyyə konsertində ilk olaraq səhnəyə "Bülbüllər" ansamblı, 2 nömrəli uşaq evinin rəqs ansambılı və "Noğullar" rəqs ansamblı rəqs nömrələri ilə konserti açıblar.
Daha sonra konfransda iştirak edən İB-nin sədri Natiq Əhmədov bildirib ki, xeyriyyə konsertinin keçirilməsində məqsəd rəsmi məlumatlar və birliyin öz araşdımaları nəticəsində müəyyənləşdirilən 1000-lərlə imkansız şagirdləri məktəbli forması və çantası ilə təmin etməkdir.
Konsertdə Azərbaycanın tanınmış incəsənət xadimləri - Nisə Qasımova, Aygün Bəylər, Elariz Məmmədoğlu, Aybəniz Haşımova, Səyyad Əlizadə, Sevda Yəhyayeva, Zamiq Hüseynov, Aynişan Quliyeva, Elçin Şirin, Aygün Şükürova, Məleykə Əsədova, Nurlan Əzizbəyli, İlqar Muradov, İzzət Bağırov, Mətanət İsgəndərli, Nadir Bayramlı, Nüşabə Ələsgərli, M-brothers, Aşıq Samirə, Emin Bədəlov, Elnur Məmmədov, Əkbər, Nura, Miri Yusif, Könül Kərimova, Kristal qrupu, "Maori" rəqs qrupu - Göyçək Fatimə, yumorist Fərda Xudaverdiyev,
Konsertin aparıcıları isə əməkdar artist İlham Əsgərov və Eurovision 2010-da Azərbaycana beşincilik gətirən gənc müğənni Safura Əlizadə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB