“Nizami” kinoteatrında təmirdən sonra yeni çəkilən Azərbaycan filmləri nümayiş olunacaq

“Nizami” kinoteatrında təmirdən sonra yeni çəkilən Azərbaycan filmləri nümayiş olunacaq

"Nizami" kinoteatrında təmir başa çatdıqdan sonra həftədə bir dəfə orada yeni çəkilən Azərbaycan filmləri nümayiş olunacaq. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi müdirinin müavini Müşfiq Hətəmov açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il Elxan Cəfərovun rejissoru olduğu "Əlavə təsir", Rövşən İsaqın "Aktrisa", İlqar Nəcəfin "Buta", Ülviyyə Könülün "Vəkil hanı?", Yavər Rzayevin "İlahi məxluq" əsərləri ekranlaşdırılıb: "Tamaşaçılarımız bu filmləri hələ görməyiblər. Hazırda yenidən qurulan "Nizami" kinoteatrı işə düşdükdən sonra orada həftənin bir günündə yeni çəkilən Azərbaycan filmləri nümayiş etdiriləcək.
M.Hətəmov onu da vurğulamışdır ki, bu il daha bir neçə filmin çəkilişlərinə başlanılıb. "Qisas almadan ölmə", "Mən evə qayıdıram", "Çölçü", "Azərbaycan futbolunun 100 illiyi", "Qırmızı bağ", "Dolu yer alıb" buna nümunədir.

Bununla yanaşı sentyabrın sonunda Cəfər Cabbarlı adına \"Azərbaycanfilm\" kinostudiyasında istehsal olunan \"Tərsinə çevrilmiş dünya\" filmi nümayiş olunacaq.

Film detektiv janrındadır. Azərbaycan və İran kinematoqrafçılarının birgə işi olan filmin çəkilişləri İranın Ənzəli və Tehran şəhərlərində, sonra isə Azərbaycanın Gəncə şəhərində aparılıb. Ekran əsəri gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına təkan verəcək maarifləndirici bir işdir. Filmin digər premyerası İranda da baş tutacaq.

Qeyd edək ki, xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilən ekran işinin rejissoru Ənvər Əblucdur. \"Tərsinə çevrilmiş dünya\" filmi müştərək olduğundan burada yerli aktyorlarla yanaşı, iranlı aktyorlar da çəkiliblər. İranlı aktyorlardan Məhəmməd Firutan, azərbaycanlı aktyorlardan isə xalq artistləri Fuad Poladov və Rasim Balayev çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə