İtaliyanın Lido adasında 68-ci Beynəlxalq Venesiya kino festivalı başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, festivalın tarixində ilk dəfə olaraq təntənəli açılış günü 2 film nümayiş olunub.
Festival Corc Kluninin "Mart idaları" adlı filmi ilə başlayıb. ABŞ-dakı prezident seçkilərindən bəhs edən bu filmdə Corc Kluni rejissor, prodüser, ssenari müəllifi və baş rol ifaçısıdır.
Festivalda 22 film nümayiş olunacaq.
Münsiflər heyətinin sədri 2008-ci ildə "Restler" filminə görə "Qızıl şir" mükafatına layiq görülən Darren Aranofskidir.
Festival sentyabrın 10-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB